AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin  möhkəmləndirilməsi və inkişafı sahəsində fəaliyyəti”

08.05.2026 22:35

08 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı sahəsində fəaliyyəti” mövzusunda dəyirmi masa keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
 Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının taleyində, tarixində müstəsna rol oynayan dahi siyasi xadimdir.

 Direktor müavini qeyd etdi ki, Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan Respublikası öz müstəqilliyini qoruyub möhkəmləndirib, ölkədə sabitlik və inkişaf təmin olunub. 
Tədbirdə Əlyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev: Müasir Azərbaycan dövlətinin banisi və qurucusu”, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Dövlətçilik fəlsəfəsinin Heydər Əliyev modeli”, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Müstəqil Azərbaycanda qadın siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadə “Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi”, elmi işçi Vüsalə Ələzova “Heydər Əliyevin elmi-nəzəri irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda məruzə ilə çıxış etdilər.

Məruzələrdə Heydər Əliyevin zəngin həyatı, fəaliyyəti, 1969-1982-ci illərdə, sovet dövründə və 1993-2003-cü illərdə, Azərbaycan Respublikasının müstəqilliyi dövründə yürütdüyü siyasət, milli dövlətçiliyimizin formalaşdırılmasında və inkişafında oynadığı rol, tarixin mühüm, taleyüklü dönəmlərində qəbul etdiyi qərarlar, atdığı siyasi addımlar geniş şəkildə təhlil edildi. Qeyd olundu ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkədə milli dövlətçilik ənənələri daha da möhkəmlənib, xalq və dövlətin birliyi, milli birlik təmin olunub və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb.

Məruzələrdə vurğulandı ki, Ümummilli Liderin zəngin siyasi irsi bu gün də Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. Heydər Əliyevin dövlətçilik ideyaları, uzaqgörən daxili və xarici siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə bildirildi ki, Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, uzaqgörən daxili və xarici siyasəti Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsində böyük əsas olmuşdur.

 Müzakirələrlə davam edən tədbirdə Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü ilə bağlı maraqlı faktlar diqqətə çatdırıldı, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri dərin ehtiramla yad olundu.
____________

Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: