AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

28 May – Müstəqillik Günümüz mübarək!

28.05.2026 14:16

1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal və dövlətçilik arzularının təntənəsi oldu. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən bu dövlət, müstəqil Azərbaycanın təməlini qoydu.

Bu gün qürurla qeyd etdiyimiz müstəqilliyimiz uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir, Azərbaycan hər keçən gün daha da güclənir.

 Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız daim birlik və firavanlıq içində olsun!
28 May – Müstəqillik Günümüz mübarək!

Paylaş: