06.07.2026 10:53
3 iyul 2026-cı il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə “Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” adlı növbəti elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə institutun Elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq 2026-cı ilin birinci yarısında rəqəmsallaşma və süni intellekt sahəsində görülən və planlaşdırılan işlər barədə məlumat verdi.
Seminar çərçivəsində institutun elmi tədqiqat şöbələri üzrə süni intellekt üzrə koordinatorların hesabatları dinlənildi. Elmmetrik bazalar, rəqəmsallaşma və süni intellekt üzrə müəyyən edilmiş mövzularla bağlı görülən işlər qeyd edildi.
Seminarda Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Qlobal və yerli reytinq platformaları: GSRR, SciRank Global, National H-index Ranking” adlı məruzəsi dinlənildi. Məruzədə alim reytinqləri, reytinq cədvəllərinin yaradılması kriteriyaları, reytinq cədvəllərinin növləri, GSRR və SCİRank Global reytinq platformaları, Azərbaycanın National H-index Ranking reytinq platforması haqqında ətraflı məlumat verildi.
Söbə müdiri Azərbaycanın National H-index Ranking reytinq platformasında tədqiqatçıların qeydiyyat prosesini əyani sərgilədi. Seminarda Elmmetrik bazalarda tədqiqatçı profillərinin zənginləşdirilməsinin alim reytinqinə müsbət təsirləri xüsusi vurğulandı. Seminarda iştirakçıların çoxsaylı sualları cavablandırıldı, növbəti seminarın süni intellekt əsaslı təhlilə həsr ediləcəyi bildirildi.
___________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
????0702537593
???? info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir