AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Gəncə şəhərinə etnoloji səfər

26.09.2024 10:05

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixi etnologiya” şöbəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadə və Nigar Coşkunsu 20-24 sentyabr tarixlərində Gəncə şəhərində elmi ezamiyyətdə olublar.

Etnoloji səfər zamanı qədim və zəngin tarixə malik Gəncənin müqəddəs məkanları, ziyarətgahları ilə tanış olmuş, şəhərdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb maraqlı məlumatlar toplayıblar. Tədqiqatçılar 44 günlük Vətən müharibəsində Gəncənin zərər çəkmiş məhəllələrində olublar, sakinlərlə görüşmüş, həmçinin şəhərdə məskunlaşmış Qərbi azərbaycanlıların maddi və mənəvi mədəniyyəti ilə bağlı sorğu keçirmişlər.

Etnoloq alimlər Nizami Gəncəvi Məqbərəsini ziyarət zamanı məşhur fotoqraf Reza Deqati və tarixçi, professor Bettani Hyuzla həmsöhbət olublar.

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: