AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşları mükafatlandırılacaq

16.10.2024 09:27

Oktyabr ayının 14-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Həmkarlar təşkilatının növbəti büro iclası keçirilib.

İclasda institut əməkdaşlarının “25 oktyabr İnstitut günü” ilə əlaqədar Quba və Qusar rayonlarına gəzintisi ilə bağlı müzakirələr aparılıb, qərara alınıb ki, oxşar tədbirlər gələcəkdə də təşkil edilsin.

Müzakirəyə çıxarılan ikinci məsələ “25 oktyabr İnstitut günü” ilə əlaqədar institut əməkdaşlarının mükafatlandırılması ilə bağlı olub. Büro üzvləri institut rəhbərliyinin 20 əməkdaşın pul vəsaiti ilə mükafatlandırılması haqqında müraciətini razılıqla qarşılayıb, qeyd edilib ki, bu təşəbbüs institut əməkdaşlarına diqqət və qayğının bir nümunəsidir.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: