31.10.2024 14:39
6-9 oktyabr 2024-cü il tarixlərində “Bolqar İslam Akademiyası”nda keçirilmiş konfransda Pərvin Ahənçi “Zaqafqaziya müsəlmanları Ruhani idarələrinin arxiv irsinin rəqəmsal transformasiyası (XlX əsrin sonu - XXəsrin əvvəli)” adlı məruzə ilə çıxış etmişdi. Məruzədə Azərbyacan Dövlət Arxiv fondunda saxlanılan Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarələrinin tarixi-mədəni irsinə dair səciyyəvi əhəmiyyət kəsb edən arxiv mənbələrinin rəqəmsal transformasiyası istiqamətində aparılmış elmi-tədqiqat araşdırmalar öz əksini tapmışdı.
Məruzədə “Zaqafqaziya Müsəlman Ruhani İdarələri”nin arxiv irsinin qorunması, tədqiqi üçün informasiya texnologiyalarının istifadəsi nəzərdən keçirilir (XIX əsrin sonları - XX əsrin əvvəlləri). Mənbələrin tematik təsnifləşdirilməsi məlumat bazalarının yaradılması və müasir analitik metodların tətbiqi üçün əhəmiyyətli imkanlar açır. Bu kolleksiyaların məlumat bazası şəklində təqdim olunması mənbələrin reprezentativliyini əhəmiyyətli dərəcədə artırır.
Cənubi Qafqaz müsəlman icmasının arxiv irsi əsasında yaradılmış maraqlı elektron kolleksiyalardan “Erməni-müsəlman ixtişaşları”, “Gündəlik həyatın sosial-məişət problemləri”nə dair məlumat bazalarıdır. Xüsusi maraq doğuran məqam isə müsəlmanların bu kimi problemlərlə qarşılaşdıqda rəsmi Zaqafqaziya polis orqanlarına deyil, məhz birbaşa Şeyxülislam və ya Müftiyə müraciət etməyi üstün tuturdular.
Məruzədə Cənubi Qafqaz Müsəlman Ruhani İdarələrinin arxiv irsinin tədqiqində müasir informasiya texnologiyalarının tətbiqi sənədlərin qorunmasını təmin edir, mənbələrin informativ potensialını istifadəsini maksimum dərəcədə artırır.
15-17 oktyabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində “Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU" IX beynəlxalq konfransı keçirilib. Konfransın əsas təşkilatçıları Roma mərkəzli Beynəlxalq YOCOCU Assosiasiyası və İstanbul Universiteti olub. Tədbirə İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyi (KUMİD), İtaliya Kalabriya Universiteti, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), Azərbaycan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Rumıniya Timişoara Milli İncəsənət Muzeyi, Çexiya Yaşıl Laboratoriya Təşkilatı və digər nüfuzlu təşkilatlar dəstək verib.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir