31.10.2024 14:48
“Qafqaz xalqları XVIII-XXI əsrlərdə: tarix, siyasət, mədəniyyət”
Tarix və Etnologiyanın İnstitutunun əməkdaşları Rostovda keçirilən beynəlxalq konfransda iştirak ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiyanın İnstitutunun “Dünya tarixi” şöbəsinin əməkdaşları,t.ü.f.d., dosent Şamil Fazil oğlu Rəhmanzadə və aparıcı elmi işçi, t.ü.f.d., dosent Esmira Rəhim Vahabova Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin və RF Federal Tədqiqatlar Mərkəzi, RF Şimali Qafqaz Federal Universitetinin təşkilatçılığı ilə 2024-cü ilin oktyabr ayının 16-19-da Rostov şəhərində keçirilən “Qafqaz xalqları XVIII-XXI əsrlərdə: tarix, siyasət, mədəniyyət” adlı XI Beynəlxalq forumda iştirak ediblər. “Dünya tarixi” şöbəsinin müdiri, t.e.d., professor İrada Səid qızı Bağırova foruma “online” olaraq qatılıb. Oktyabrın 17-də plenar iclasda dosent Ş.F. Rəhmanzadə “Bolşevik Rusiyası və menşevik Gürcüstan: münasibətlərin ümumi səciyyəsi və inkişaf vektoru”, forumun bölmə iclaslarında isə professor İ.S. Bağırova, dosent E.R.Vahabova “Gəncə şəhərinin mədəni həyatının qısa tarixi (XIX – XX əsrin əvvəlləri)” adlı məruzələr ilə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb və çıxışlar konfrans materiallarında çap olunub.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir