04.11.2024 10:09
Məqalədə 44 günlük Vətən müharibəsindən sonra işğalçı Ermənistanın yürütdüyü qeyri-konstruktiv mövqeyi, bir sıra dövlətlərin bölgədə sülh prosesini əngəlləmək və separatizmi dəstəkləmək siyasəti araşdırılır. Qarabağda ekologiyanın bilərəkdən məhv edilməsinə, ekosidə qarşı azərbaycanlı gənclərin Xankəndi-Şuşa yolunda uzunmüddətli aksiyası önəmli tədbirlərdən biri kimi qiymətləndirilir. Xankəndi-Laçın yolunda baş tutmuş aksiyanın nəticəsi, Avropa dövlətlərinin Cənubi Qafqaza müşahidə missiyası altında nümayəndələr göndərməsi, regional münaqişələr vasitəsi ilə geosiyasi maraqlarını həyata keçirmək cəhdləri araşdırmanın əsas məğzini təşkil edir, müəllif Avropa Birliyinin Cənubi Qafqazdakı fəaliyyətini regional dövlətlərin milli maraqları, geosiyasi proseslər müstəvisində təhlil edir.
https://dergipark.org.tr/tr/download/article-file/4233741
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir