AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elan

04.02.2025 15:27

Hörmətli həmkarlar! 2025-ci il mayın 5-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransın istiqamətləri:

-Azərbaycanlılar müharibə cəbhələrində: milli diviziyalar, partizan və müqavimət hərəkatı, milli legionlar

-Hakimiyyət və müharibə: idarəçiliyin yenidənqurulması, səfərbərlik, əhalinin təxliyyəsi

-Azərbaycan iqtisadiyyatı cəbhənin xidmətində

-Cəmiyyət və müharibə

-Azərbaycanın müharibədə iştirakının tarixşünaslığı: nailiyyətlər, yeni səhifələr,

“ağ ləkələrin” silinməsi

-1941-1945-ci illər müharibəsi nəsillərin yaddaşında

-1941-1945-ci illər müharibəsi Azərbaycan ədəbiyyatında və incəsənətində

Konfransın işçi dilləri:Azərbaycan, rus, ingilis

Konfransın formatı: əyani və ya onlayn

Məqalənin göndərilməsinin son tarixi - 15 aprel 2025-ci il

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağız ölçüsü: - A4

Boş sahə - hər tərəfdən 2 sm

Şrift - Times New Roman

Şrift ölçüsü - 12

Sətirarası interval - 1,15 sm

Abzas - 1,25

Məqalənin həcmi - 8-10 səhifə

Məqalənin adı - ortadan, böyük hərflə, qalın şrift

Müəllifin adı, soyadı, atasının adı - ortadan, qalın şriftlə

İş yeri, şəhər, ölkə - ortadan kursivlə

E-poçt ünvanı - ortadan kursivlə

Açar sözlər (3-5 söz) - Azərbaycan, ingilis, və rus dillərində

Xülasə rus və ingilis dillərində

Ədəbiyyat siyahısı mətnin sonunda AAK-nın tələbləri əsasında nəşr olunduğu dildə əlifba sırası ilə verilir.

-Məs.: Mahmudov, Y.M. Heydər Əliyev ideyalarının zəfər yürüşü / Y.M. Mahmudov. – Bakı: Təhsil, – 2011. – 608 s.

-Aslanov, E. Azərbaycanda dövlət idarəçiliyi üzrə kadrların hazırlanması tarixinə dair // – Bakı: Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə jurnalı, – 2010. №14/32, -s.175-179.

İstinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir.

Məsələn: [1] və ya [1, s.115];

Elektron resursları olarsa, linki və son baxılma tarixi qeyd olunmalıdır.

Məqalələr elektron formatda təqdim olunmalıdır.

Konfransa göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan və təşkilat

komitəsinin müsbət rəyindən sonra 2025-ci ildə çap olunacaqdır.

Təşkilat komitəsi ilə əlaqə. E-mail:respublika.tarixi@mail.ru

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: