AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutu ilə Belarus Tarix İnstitutu arasında memorandum imzalanıb

07.02.2025 15:57

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Tarix  İnstitutu arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Elmi əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək məqsədi daşıyan sənəddə birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi kadrların hazırlanması, təcrübə mübadiləsinə dəstək göstərilməsi məsələləri qeyd olunur. Memorandumda müştərək elmi konfransların, simpoziumların, seminarların, elmi toplantıların təşkili, elmi məlumatların, nəşrlərin və elmi əsərlərin mübadiləsi əksini tapır.

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: