AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Kayum Nasırinin 200 illiyi qeyd olunub

14.02.2025 15:18

14 fevral 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli tatar tarixçisi və maarifçisi Kayum Nasırinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik seminar keçirilib. Seminarda institutun əməkdaşları ilə yanaşı, Kayum Nasıri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və əməkdaşları iştirak ediblər.

İclası giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bildirib ki, bu gün görkəmli tatar maarifçisi, tatar ədəbi dilinin banisi Kəyum Nəsirinin doğum günüdür, bu əlamətdar gün Tatarıstanda olduğu kimi Azərbaycanda da qeyd olunur.

İclasın moderatoru Güllü Yoloğlu 200 il əvvəl, yəni 1825-ci il fevralın 14-də anadan olmuş görkəmli tatar etnoqrafı, folklorşünası, dilçisi, yazıçısı, tərcüməçisi, tatar ədəbi dilinin banisi Kəyum Nəsirinin həyat və yaradıcılığı haqqında məlumat verib. Tədbirdə Kayum Nasırinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, Nasırinin yaradıcılığından nümunələr səsləndirilib.

Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun direktoru, “Ümumi dilçilik və türkologiya” kafedrasının müdiri, Tatarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının Rusiya Müəlliflər Cəmiyyətinin Doğma dillər və mədəniyyətlər Mərkəzinin rəhbəri filologiya üzrə elmlər doktoru, professor Rədif Rifkat oğlu Camaləddinov Kayum Nasırinin həyat və yaradıcılığı haqqında geniş çıxış edib, tədbirin təşkilinə görə Tarix və Etnologiya İnstitutuna təşəkkürünü bildirib.

Kayum Nasıri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və metodisti Elmira Yusifova “Kayum Nasırinin elmi yaradıcılığında tatar xalqının etnoqrafiyası”, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu “Azərbaycanın mədəni həyatında tatar ziyalılarının rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “Azərbaycan-tatar əlaqələri və Azərbaycan tatarlarının Qarabağ müharibəsində iştirakı “ adlı məruzələrlə çıxış ediblər.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: