14.02.2025 16:07
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daim elm və təhsilin inteqrasiyasına mühüm önəm verilir. Tələbələrin istehsalat təcrübəsinin təşkili bu prinsipin həyata keçirilməsi baxımdan vacib proseslərdən biridir. Ötən il olduğu kimi, 2025-ci ildə də Tarix və Etnologiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında müqavilə imzalanıb. Müqavilə müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır, ixtisas uyğunluğuna görə həyata keçirilir. Fevral ayından iyun ayınadək davam edəcək istehsalat təcrübəsinin əsas məqsədlərindən biri qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların tətbiq edilməsi üzrə vərdiş və bacarıqlarının yaradılmasıdır.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir