AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Universitetinin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçəcəklər

14.02.2025 16:24

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda hər il müxtəlif universitetlərin tələbələri istehsalat təcrübəsi keçirlər. Bu təcrübə tələbələrin müstəqil və səmərəli əmək fəaliyyətinə, akademik mühitə hazırlanmasına, onların gələcək karyera inkişafına kömək etməkdə mühüm rol oynayır. Hər il olduğu kimi, 2025-ci ildə də Tarix və Etnologiya İnstitutu ilə Azərbaycan Universiteti arasında müqavilə imzalanıb. Tələbələrin istehsalat təcrübəsi ilə bağlı müqavilə elm və təhsilin inteqrasiyasını ehtiva edir, bu sənəd müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır. Fevral ayından may ayınadək davam edəcək, istehsalat təcrübəsinin məqsədi tələbələrin tələbələrin bilik, bacarıq və səriştələrini inkişaf etdirməkdir.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: