20.05.2022
Kitabın elmi redaktoru Akademik Yaqub Mahmudov,rəyçilər tarix üzrə fəlsəfə doktoru,dosent Fərəh Hüseyn və tarix üzrə fəlsəfə doktoru,dosent Ramil Ağayevdir.
Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Türküstan xanlıqları ilə hərbi-siyasi əlaqələri tədqiq olunmuşdur. Əsərdə XVI əsrin əvvəllərində Səfəvi-Şeybani qarşıdurmasını doğuran səbəblər, I Şah İsmayıl və varisləri dövründə Səfəvi-Şeybani münasibətləri, tərəflər arasında elçi mübadiləsi, eləcə də hərbi qarşıdurma, baş verən əsaslı döyüşlər barədə məlumat verilmişdir.
Bununla yanaşı, monoqrafiyada Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları (Buxara və Xivə) ilə siyasi əlaqələri ilk dəfə ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edilərək hərtərəfli tədqiq edilmişdir. Əsərdə Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələr tari-xinə dair zəngin faktiki material verilir.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir