AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu müsabiqə elan edir

07.10.2024

 

 

 

 

 

 

 

 

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elanı

 

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu aşağıdakı vakant yerləri tutmaq üçün müsabiqə elan edir:

1.“Əliyevşünaslıq” şöbəsi üzrə: böyük elmi işçi -1 yer

2. “Atropatena-Albaniya (Qafqaz) tarixi” şöbəsi üzrə: böyük elmi işçi -1 yer

3. “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsi üzrə: böyük elmi işçi -2 yer

4. “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi üzrə: böyük elmi işçi -1 yer

5. “Azərbaycan Respublikasının tarixi” şöbəsi üzrə: böyük elmi işçi -2 yer

6. “Qarabağ müharibəsi tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsi” üzrə: böyük elmi işçi-2 yer

7. “Qərbi Azərbaycan tarixi şöbəsi” üzrə: böyük elmi işçi - 1 yer

8. “Dünya tarixi şöbəsi” üzrə: böyük elmi işçi - 1 yer

 

Müsabiqə üçün tələb olunan sənədlər

  1. Kadrların şəxsi uçot vərəqəsi
  2. Tərcümeyi- hal
  3. Şəxsiyyət vəsiqəsinin surəti
  4. Əmək kitabçası
  5. Ali təhsil barədə müvafiq sənəd (bakalavr və magistr diplomlarının müvafiq  qaydada təsdiq olunmuş surəti).
  6. Elmi adı və elmi dərəcəni təsdiq edən sənədin sürəti
  7. Foto 4x6 – 4 ədəd
  8. Elmi əsərlərinin siyahısı

 

 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elandan sonra 1 ay müddətinə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibinə təqdim edilməlidir.

Ünvan: AZ-1143, Bakı şəhəri, H.Cavid prospekti, 115. Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası, 6-cı mərtəbə, 604-cü otaq. Telefon: (+99412)539-36-72

Paylaş: