AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının10 oktyabr 2024-cü il tarixində iclası keçirilib

10.10.2024

Vüsalə Əlican qızı Mövlayevanın 5503.02 –“Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün“ Mingəçevir şəhərinin tarixi (1969-2010-cu illər)” və Vaqif Kamal oğlu Şükürovun 5503.02 –“Vətən tarixi” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq “XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-də ictimai-siyasi həyat” mövzusunda dissertasiya işlərinin müdafiəsi keçirilib.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: