AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Avropa İttifaqı missiyasının Azərbaycan-Ermənistan şərti sərhədlərində fəaliyyəti”

04.11.2024

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Xankişi oğlu Mustafayevin Türkiyənin “Akademik Tarix və Düşüncə” dərgisində “Avropa İttifaqı missiyasının Azərbaycan-Ermənistan şərti sərhədlərində fəaliyyəti” adlı məqaləsi nəşr olunub.

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra işğalçı Ermənistanın yürütdüyü qeyri-konstruktiv mövqeyi, bir sıra dövlətlərin bölgədə sülh prosesini əngəlləmək və separatizmi dəstəkləmək siyasəti araşdırılır. Qarabağda ekologiyanın bilərəkdən məhv edilməsinə, ekosidə qarşı azərbaycanlı gənclərin Xankəndi-Şuşa yolunda uzunmüddətli aksiyası önəmli tədbirlərdən biri kimi qiymətləndirilir. Xankəndi-Laçın yolunda baş tutmuş aksiyanın nəticəsi, Avropa dövlətlərinin Cənubi Qafqaza müşahidə missiyası altında nümayəndələr göndərməsi, regional münaqişələr vasitəsi ilə geosiyasi maraqlarını həyata keçirmək cəhdləri araşdırmanın əsas məğzini təşkil edir, müəllif Avropa Birliyinin Cənubi Qafqazdakı fəaliyyətini regional dövlətlərin milli maraqları, geosiyasi proseslər müstəvisində təhlil edir.

https://dergipark.org.tr/tr/download/article-file/4233741

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Возможно, это изображение текст

 

Paylaş: