AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarixçilər Qəbələdə elmi ezamiyyətdə olublar

07.11.2024

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun təşəbbüsü ilə “Atropotena-Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşları (şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev, elmi işçi, tarix üzrə fəlsəfə doktoru Elvin Vəliyev, elmi işçi Məhbubə Əliyeva, İradə Səfərova, Nəzirə Şalbuzova, kiçik elmi işçi Elçin Məhəmmədli) Qəbələ şəhərinin Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində, Müqəddəs Məryəm ana Bulun kilsəsində və Udi ocağı Etnoqrafik muzeydə olublar.

Qəbələ arxeoloji mərkəzinin muzeyindəki maddi mədəniyyət nümunələri, eləcə də Səlbir və Qala ərazisindəki arxeoloji qazıntılar haqqında məlumat alıblar. Ezamiyyət zamanı arxeoloji, etnoqrafik, numizmatik və antropoloji materiallar, Qafqaz Albaniyasının memarlıq irsinə aid olan tikililər gənc tədqiqatçılar üçün maraqlı təcrübə olub. Muzeydə ərəb dilində yazıldığı güman edilən boşqab fraqmentinin fars dili ilə yazılması ərəb-fars dilli mənbələr üzrə mütəxəssis, t.e.d. Ramil Ağayev tərəfindən müəyyənləşdirilib.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

и ещё 2

Статистика и объявления

Продвигать публикацию

Все реакции:

11

Paylaş: