10.01.2025
09 yanvar 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında Şəhla Tofiq qızı Nuruzadənin (İxtisas 5102.01 –“Etnoqrafiya və etnologiya”) tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında mənəvi dəyərlər (etnoqrafik tədqiqat)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Rəsmi opponent qismində Özbəkistan Respublikası Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru, tarix elmləri doktoru Alişer Xudayberdiyeviç Doniyorov və Özbəkistan Respublikası Tarix İnstitutunun “Etnologiya və antropologiya” mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Adhamjon Azimbayeviç Aşırov çıxış ediblər.
Gələcəkdə də bu istiqamətdə elmi əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Tarix və Etnologiya İnstitutunun
Beynəlxalq əlaqələr şöbəsi