AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunun əməkdaşı Florensiyada tədqiqat aparır

14.01.2025

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev 2025-ci ilin yanvar-iyun aylarında İtaliya Respublikasının Florensiya şəhərində yerləşən “İ Tatti - Harvard Universitetinin İtalyan İntibahı Araşdırmaları Mərkəzi”ndə tədqiqat aparacaqdır. Elmi araşdırma “XVI-XVII əsrlərdə Səfəvilər dövləti və İtalyan sarayları arasında insanların gediş-gəlişi, əmtəələrin və təcrübələrin mübadiləsi” mövzusunda olacaqdır.

Dosent Əhməd Quliyev İtaliyaya ezamiyyəti zamanı “Səfəvi - Osmanlı münasibətləri (İtalyan arxiv sənədləri və mənbələri əsasında)” mövzusunda doktorluq işi ilə bağlı Florensiya Dövlət Arxivi və Milli Mərkəzi kitabxanasında yeni arxiv sənədlərinin tədqiqi ilə də məşğul olacaqdır.

Xatırladaq ki, t.ü.f.d., dos. Ə.Quliyev 2019-2021-ci illərdə “Horizon-2020 Mariya Skladovskaya Küri Fərdi Təqaüd proqramı” çərçivəsində İtaliyanın Venesiya şəhərində yerləşən Venesiya Dövlət Arxivində və Marçana Milli kitabxanasında elmi araşdırmalar aparıb. Tədqiqatının nəticəsi olaraq ingilis dilində yazdığı “Safavids in Venetian and European Sources” adlı monoqrafiyası Venesiyanın Ka’ Foskari Universitetinin “Edizioni Ca' Foscari” nəşriyyatında çap olunub. Həmin monoqrafiyanın Azərbaycan dilinə tərcüməsi “Azərbaycan Səfəvi dövlətinin diplomatiya tarixi məsələləri Venesiya arxiv sənədlərində” adı ilə 2023-cü ildə Tarix və Etnologiya İnstitutu tərəfindən nəşr edilib.

Tarix və Etnologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsi

Paylaş: