

02.02.2026
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu olaraq, son 3 il ərzində tarix elminin təbliği və onun geniş ictimaiyyətə çatdırılması məqsədilə YouTube platformasında iki fərqli layihə — “Azərbaycan tarixi – Tarixçilərin dili ilə” və “Tarixi şəxsiyyətlər” — həyata keçirmiş, bu layihələr çərçivəsində ümumilikdə 23 video yayımlamışıq.
Uzun müddət həm konseptual, həm də elmi baxımdan üzərində çalışdığımız yeni və daha fərqli bir layihəyə isə artıq start vermişik. Bu layihə — “Gənc Tarix” adlanır.
“Gənc Tarix” — tarixi mövzuların gənclər üçün anlaşıqlı dildə, canlı müzakirə formatında təqdim olunduğu podkast və veriliş tipli bir layihədir.
Tarix və Etnologiya İnstitutunun "Gənc Tarix" layihəsinin ilk buraxılışı artıq YouTube platformasında yayımlanmışdır:
Link: https://youtu.be/1N7girPAJho
Öncədən hər birinizə xoş izləmələr arzu edirik.