AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Xocalı soyqırımı: tarixi yaddaş və beynəlxalq hüquqi qiymət”

26.02.2026

İlk olaraq Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev erməni hərbi birliklərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi qətliamın Azərbaycan xalqına qarşı ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, dinc əhaliyə qarşı amansızlıqla törədilən bu soyqırımı təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın faciəsidir. İlqar Niftəliyev qeyd edib ki, soyqırım faktının elmi əsaslarla araşdırılması və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət – Xocalı soyqırımı”, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Xocalı faciəsinin tarixi yaddaşda yeri”, elmi işçi Zeynəb Allahverdiyeva “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması məsələsi: reallıqlar və çağırışlar” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlarda Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğu, bu faciənin milli yaddaşda yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Məruzəçilər bildiriblər ki, Xocalı soyqırımının hüquqi-siyasi qiymət alması və beynəlxalq miqyasda tanınması istiqamətində sistemli fəaliyyət davam etdirilməlidir.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsinin daim uca tutulacağını və bu faciənin heç zaman unudulmayacağını vurğılayıblar.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: