AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

İrəvan xanlığı (rusca)

Müəllif Коллектив
Nəşr olunduğu il 2010
Bölmə tarix
Səhifə sayı 616
Dil На русском
Baxış sayı 2220
Yükləmə sayı 25

Oxuculara təqdim olunan bu kitabda Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən — İrəvan xanlığından (1747-1828) bəhs olunur. Bu Azərbaycan dövləti XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmışdır. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən -xanlıqlarından biri idi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.

Paylaş: