AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun şöbə müdiri beynəlxalq onlayn konfransda iştirak edib

21.05.2020 19:41

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Milli Mübarizə hərəkatı üçün Samsuna yürüşünün 101-ci ildönümünə həsr olunan beynəlxalq onlayn konfransda iştirak edib.

İkram Ağasiyev onlayn konfransda “Atatürk dönəmində Türkiyədə tarix elminin konsepsiyası” mövzusunda çıxış edib.

Beynəlxalq konfrans İstanbul Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu və İstanbul 29 Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın əsas məruzəçisi İstanbul 29 Mayıs Universitetinin əməkdaşı, doktor Zekeriya Türkmen, moderatoru isə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun direktoru, professor Mustafa Budak olub. 

Paylaş: